...

Bakıda piyada qadını vurub qaçan sürücü tutuldu

Hadisə Materials 8 İyun 2016 12:12 (UTC +04:00)
Cinayətin V.Yakuşev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.
Bakıda piyada qadını vurub qaçan sürücü tutuldu

Bakı. Trend:

Paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü "isti izlər"lə açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 7-də saat 01 radələrində Nizami rayonu, Babək prospekti, 75 saylı evin qarşısında şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi avtomobillə yolu keçən naməlum qadını vuraraq hadisə yerindən qaçıb, nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Yakuşev Vadim Mixayloviç tərəfindən, idarə etdiyi "BMV 520" markalı 90-UU-748 dövlət nömrə nişanlı avtomobillə törədilməsi müəyyən edilib.

Cinayətin V.Yakuşev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə zəruzi istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti