...

Gürcüstandakı zəlzələ Azərbaycanda da hiss olundu

Hadisə Materials 12 İyun 2016 14:19 (UTC +04:00)
Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.
Gürcüstandakı zəlzələ Azərbaycanda da hiss olundu

Bakı. Trend:

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub. Bu barədə Trend AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 04:53-də Zaqataladan 58 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.1, dərinliyi 3 km olan zəlzələ Azərbaycanın yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.

Xəbər lenti

Xəbər lenti