...

50 min ədədə yaxın siqaret gömrükdən keçmədi (FOTO)

Hadisə Materials 14 İyun 2016 16:09 (UTC +04:00)
Külli miqdarda siqaret aşkar olunub.
50 min ədədə yaxın siqaret gömrükdən keçmədi (FOTO)

Bakı. Trend:

Tovuz və Xaçmaz gömrük idarələrinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 3 ədəd avtomobilə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərdən üzərində aksiz markası olmayan, ümumilikdə 14 800 ədəd, Sadıxlı" gömrük postunda isə Gürcüstandan Azərbaycana gələn avtomobildən 14 000 ədəd siqaret aşkar olunaraq götürülüb.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları isə idarəyə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilmiş 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti