...

Daşkəsəndə 1,4 ton narkotik bitki məhv edildi (FOTO)

Hadisə Materials 17 İyun 2016 18:11 (UTC +04:00)
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirlərini davam etdirir.
Daşkəsəndə 1,4 ton narkotik bitki məhv edildi (FOTO)

Bakı. Trend:

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirlərini davam etdirir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu məqsədlə rayonun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yandırılma yolu ilə məhv edilir. Növbəti belə tədbir ən ucqar yaşayış məntəqələrindən olan Astaf kəndində keçirilib. Polis əməkdaşları ümumi çəkisi 1 ton 400 kiloqram olan 5300 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 1 və 2 metr arasında dəyişib.

Xatırladaq ki, ötən mövsüm Daşkəsən rayonu ərazisində təxminən 5 tona yaxın çətənə kolları aşkarlanıb.

Təhqiqatçı Samir Həsənov deyib: “Daşkəsən rayonunun Astaf kəndində Yolqullar adlanan ərazidə xeyli miqdarda çətənə kolları yandırılma yolu ilə məhv edildi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti