...

Bakı intihara cəhd xəbəri ilə səhəri açdı

Hadisə Materials 25 İyun 2016 09:20 (UTC +04:00)
Səhər saatlarında Bakıda intihar cəhdinin qarşısı alınıb.
Bakı intihara cəhd xəbəri ilə səhəri açdı

Bakı. Trend:

Səhər saatlarında Bakıda intihar cəhdinin qarşısı alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasmal rayonunda 2 nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslar aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:39-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti