Bakı. Trend:
Balakən rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən rayonu, Hənifə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.