...

Cəlilabadda 45 yaşlı qadını əqrəb sancıb (VİDEO/FOTO)

Hadisə Materials 2 Avqust 2016 20:36 (UTC +04:00)
Cəlilabad rayonunun Zopun kəndində 45 yaşlı qadını əqrəb sancıb.
Cəlilabadda 45 yaşlı qadını əqrəb sancıb (VİDEO/FOTO)

Bakı. Trend:

Cəlilabad rayonunun Zopun kəndində 45 yaşlı qadını əqrəb sancıb.

Trend CTV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini Şəhla Səmədova həyətində yun toplayarkən əqrəb onun sol ayaq nahiyəsindən sancıb.

O, əvvəlcə buna əhəmiyyət verməsə də, ayağında şiddətli ağrıların artdığını hiss etdikdən sonra baş verənlər barədə yaxınlarına xəbər verib.

Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan xəstəyə əqrəb zəhəri əleyhinə zərdab vurulub.

Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti