...

Xaçmazda ailəsindən boşanan "KAMAZ" sürücüsü qətlə yetirildi

Hadisə Materials 5 Avqust 2016 10:47 (UTC +04:00)
Xaçmaz rayonunda qətl hadisəsi törədilib.
Xaçmazda ailəsindən boşanan "KAMAZ" sürücüsü qətlə yetirildi

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 4-də rayonun Gödəkli kəndində qeydə alınıb. Rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin meyiti kəndin kənarındakı avtomobil yolunun kənarında aşkarlanıb. Meyitin üzərinə baxış keçirilərkən onun üzərində xəsarətlər aşkarlanıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, qətlə yetirilən şəxs uzun müddət imiş ki "Kamaz" sürücüsü işləyirmiş. Bir müddət əvvəl isə ailə münaqişəsi zəminində boşanıbmış.

Qətlə yetirilən gün onun evdən avtomobilsiz çıxdığı bildirilir. Qətl hadisəsinin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil. Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti