...

Bakıda avtomobillərə qənim kəsilənlər tutuldu

Hadisə Materials 26 Avqust 2016 13:04 (UTC +04:00)
Bakıda avtomobilləri qarət edən şəxslər tutulub.
Bakıda avtomobillərə qənim kəsilənlər tutuldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda avtomobilləri qarət edən şəxslər tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da və 11-də Bakı şəhər sakinləri Mehman Qasımova və Fərid Vəkilzadəyə məxsus avtomobillərdən səsgücləndirici və kompüter aksesuarları oğurlamaqda, habelə Osman İsmayılova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədov, Quba rayon sakini Bəxtiyar Hüseynov və qardaşı Kazım tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 22-dən 25-dək olan müddətdə daha bir avtomobildən səsgücləndirici və təmir-tikinti alətləri oğurlamaları, iki avtomobildən oğurluğa cəhd göstərmələri, habelə Hikmət Cavadova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti