Bakı. Trend:
Şəkidə 8 yaşlı oğlanı it dişləyib.
Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, axşam saatlarında rayonun Daşbulaq kənd sakini 8 yaşlı Nihad Novruzov küçədə oynayarkən sahibsiz itin hücumuna məruz qalıb.
Sağ ayağının it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən azyaşlıya quduzluq əleyhinə peyvənd vurulub və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.