...

Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılıb öldü

Hadisə Materials 3 Sentyabr 2016 12:22 (UTC +04:00)
Abşeron rayonunda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılıb ölüb.
Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 3-də Xırdalan şəhərində baş verib. Şəhər sakini 42 yaşlı Tofiq Süleymanov evinin eyvanından (9-cu mərtəbə) yıxılıb.

T.Süleymanov hadisə yerində ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti