Bakı. Trend:
Abşeronda "Qazel" markalı yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin kabinə hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.