...

"Azərbaycan Nəşriyyatı"nın qarşısında avtomobil yandı (FOTO)

Hadisə Materials 30 Sentyabr 2016 12:46 (UTC +04:00)
Bakının Yasamal rayonunda avtomobil küçədə yanıb.
"Azərbaycan Nəşriyyatı"nın qarşısında avtomobil yandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakının Yasamal rayonunda avtomobil küçədə yanıb. Trend-in məlumatına görə, hadisə bu gün saat 12 radələrində rayonun Mətbuat prospektində, "Azərbaycan Nəşriyyatı"nın qarşısında baş verib.

Nəşriyyatın qarşısında hərəkətdə olan "Ford" markalı avtomobil mühərrik hissəsindən yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb edilib. Avtomobilin qalan hissəısi yanğından xilas edilib. Lakin avtomobil yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti