...

Mənşəyi məlum olmayan ət satanlara hökm oxundu

Hadisə Materials 7 Oktyabr 2016 16:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mənşəyi məlum olmayan ət satanlara  hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə, S.Şhverdiyev 6 ay, A.Rzaxanovla T.Abdullayev isə 4 ay müddətinə azadlıqdan məhrum edilib. T.Abdullayev məhkəmə zalından həbs edilib.

İttihama görə, S.Şahverdiyev, A.Rzaxanov və T.Abdullayev Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 200.2.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 200.2.3-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti