Bakı. Samir Əli-Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində barda dava zamanı adam öldürməkdə təqsirləndirilən Sadiq Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Fətullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.Fətullayev bu il yanvarın 4-də səhər saat 6 radələrində Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 1989-cu il təvəllüdlü Tural Abbasovu bıçaqlayıb. T.Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
S.Fətullayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.