...

Kürdəmirdə ev yanıb

Hadisə Materials 18 Oktyabr 2016 03:18 (UTC +04:00)
Kürdəmirdə yanğın qeydə alınıb
Kürdəmirdə ev yanıb

Bakı. Trend:

Kürdəmirdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m2 və eyvanın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti