...

Bakıda qaraj və içərisindəki avtomobil yanıb

Hadisə Materials 27 Oktyabr 2016 01:45 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda qaraj və içərisindəki avtomobil yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 45 m² olan bir-birinə bitişik 3 ədəd qarajın yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər bitişik qaraj yanğından mühafizə olunub.

Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti