...

Mədəniyyət və Turizm Nazirliyinin kitabxanasında yanğın olub

Hadisə Materials 27 Oktyabr 2016 10:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinə məxsus kitabxana binasında yanğın olub.
Mədəniyyət və Turizm Nazirliyinin kitabxanasında yanğın olub

Bakı. Trend:

Mədəniyyət və Turizm Nazirliyinə məxsus kitabxana binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus ümumi sahəsi 330 m2 olan birmərtəbəli 3 otaqlı kitabxana binasında elektrik kabeli 1 p.m yanıb və lambirdən ibarət tavan 1 m2 sahədə əriyib.

Kitabxana binası yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti