...

Lənkəranda sərnişin avtobusu qəzaya uğrayıb - 6 yaralı

Hadisə Materials 28 Oktyabr 2016 12:33 (UTC +04:00)
Lənkəranda sərnişin avtobuusu qəzaya uğrayıb
Lənkəranda sərnişin avtobusu qəzaya uğrayıb - 6 yaralı

Bakı. Samir Əli - Trend:

Lənkəranda sərnişin avtobuusu qəzaya uğrayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 27-də saat 20 radələrində Lənkəran şəhərində rayon sakini Cabir Baxşıyevin idarə etdiyi "PAZ" markalı avtobus və Astara rayon sakini Elşən Novruzovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəzanın baş verməsi nəticəsində E.Novruzovun xəsarət almış 6 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hadisə ilə bağlı Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti