...

Tərtərdə 77 yaşlı qadın intihar edib

Hadisə Materials 7 Noyabr 2016 09:41 (UTC +04:00)
Tərtər rayonunda intihar hadisəsi baş verib.
Tərtərdə 77 yaşlı qadın intihar edib

Bakı. Samr Əli - Trend:

Tərtər rayonunda intihar hadisəsi baş verib. Tərtər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə noyabrın 6-da rayonun Kəbirli kəndində baş verib. Kənd sakini, 1939-cu il təvəllüdlü Hümbətova Məruzə Köçəri qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. Qadın xərtəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Hümbətova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Təqtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti