Bakı. Trend:
Xəzərdə itmiş şəxsin meyiti tapılıb və şəxsiyyəti təsdiqlənib.
"BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılıb.
Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Meyitin "Dərinsulu Günəşli" platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan "KCA Deutag" tərəfindən təsdiq olunub.