...

Yaponiyada güclü zəlzələ baş verib

Hadisə Materials 22 Noyabr 2016 02:11 (UTC +04:00)
Yaponiyanın Xonsü adasının şimal-şərqində 7.3 bal gücündə zəlzələ baş verib
Yaponiyada güclü zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın Xonsü adasının şimal-şərqində 7.3 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Fukusima prefekturasından şərqdə yerləşib.

Sunami təhlükəsi elan edilib. Ən azı 3 metr hündürlüyündə sunami dalğası ölkənin şimal-şərq hissəsindən yaxın vaxtlarda vurmalıdır.

Zərərçəkənlər və dağıntılar barədə məlumat hələlik daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti