...

Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)

Hadisə Materials 30 Noyabr 2016 09:48 (UTC +04:00)
Bakıda metroda bir nəfər intihara cəhd edib.
Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)

Bakı. Samir Əli- Trend:

Trend-in məlumatına görə, intihara cəhd edən şəxs Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: "Qatar dərhal dayandırılıb. Xəttdən gərginlik ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Həmin şəxs relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkət intervalında gecikmə yaranıb, gecikmənin aradan qaldırılması istiqamətində iş görülür".

X X X

Bakıda metroda bir nəfər intihara cəhd edib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stnasiyada qatarların hərəkəti bərpa edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti