...

Baş həkimin müavini: Sumqayıtdakı qəzada 11 nəfər xəsarət almışdı

Hadisə Materials 8 Dekabr 2016 11:28 (UTC +04:00)
Sumqyıtda ötən gün tələbələri daşıyan sərnişin avtobusunun sürüşməsi nəticəsində 11 nəfər xəsarət almışdı.
Baş həkimin müavini: Sumqayıtdakı qəzada 11 nəfər xəsarət almışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Sumqyıtda ötən gün tələbələri daşıyan sərnişin avtobusunun sürüşməsi nəticəsində 11 nəfər xəsarət almışdı. Bu barədə Trend-ə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan 11 nəfərdən 10-nun vəziyyəti yüngül olub:

"İlkin tibbi yardım göstərildikdən sonra 10 nəfər evə buraxılıb. Hazırda hadisə nəticəsində xəsarət alan yalnız 1 nəfər xəstəxanada müalicə olunur. Onun vəziyyəti kafi qiymətləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti