...

Şirvan Milli Parkının ceyran ovlayan əməkdaşları tutuldu

Hadisə Materials 26 Dekabr 2016 11:48 (UTC +04:00)
Salyanda qanunsuz ceyran ovlayan şəxslər tutulub.
Şirvan Milli Parkının ceyran ovlayan əməkdaşları tutuldu

Bakı. Trend:

Salyanda qanunsuz ceyran ovlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti