...

FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 29 Dekabr 2016 23:20 (UTC +04:00)
Bakının Nərimanov rayonunda yanğın baş verib
FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonunda "Rahatlığın Məkanı" MMC-nin ərazisində həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Novartis" şirkətinə məxsus "Volkswagen" markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.

Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub . Yanğın saat 20:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti