...

Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb

Hadisə Materials 2 Yanvar 2017 00:13 (UTC +04:00)
Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb
Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb

Bakı. Trend:

Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olmuş və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 19:12-də başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti