...

İmişlidə yaşayış binasında yanğın - 2 nəfər təxliyə olunub

Hadisə Materials 23 Yanvar 2017 09:14 (UTC +04:00)
İmişli şəhərində yaşayış binasında yanğın baş verib.
İmişlidə yaşayış binasında yanğın -  2 nəfər təxliyə olunub

Bakı. Trend:

İmişli şəhərində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti