...

Tovuzda "LADA" traktorla toqquşdu - Ailənin 3 üzvü xəstəxanaya yerləşdirildi

Hadisə Materials 26 Yanvar 2017 17:12 (UTC +04:00)
Tovuz rayonunda yol qəzası baş verib.
Tovuzda "LADA" traktorla toqquşdu - Ailənin 3 üzvü xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə yanvarın 26-da gündüz saatlarında rayonun Əsrik kəndi ərazisində baş verib.

Rayon sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Rasim Sahib oğlunun idarə etdiyi “LADA" markalı minik avtomobili qarşıdan gələn traktorla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sərnişinlər - Tağıyev Elnur Əlyar oğlu, Tağıyeva Şəhla Şəhriyar qızı, Tağızadə Şamxal Nəcəf oğlu ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrdən ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti