Bakı. Trend:
Səhər saatlarında Qaxda yanğın faktı qeydə qalınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əlibəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 168 m2 olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.