...

Keçmiş məhkumlar avtomatla yaxalanıblar

Hadisə Materials 31 Yanvar 2017 12:17 (UTC +04:00)
Bakıda silahlı şəxs yaxalanıb.
Keçmiş məhkumlar avtomatla yaxalanıblar

Bakı. Samir Əli - Trend:

Bakıda iki nəfər silahla yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının ötən gün həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.

Həmin gün Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasovdan içərisində nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı olan çanta götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti