Bakı. Trend:
Masallıda yanğın faktı qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun İsgəndərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alaraq aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.