Bakı. Trend:
Yasamal rayonunda liseydə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli liseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 kv.m olan akt zalında kondisioner və 8 ədəd bir birinə bitişik oturacaqlar yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub. Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.