...

İstanbuldan gələn qadından psixotrop maddə müsadirə olunub

Hadisə Materials 7 Fevral 2017 11:59 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
İstanbuldan gələn qadından psixotrop maddə müsadirə olunub

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycanın vətəndaşı - qadın sərnişin gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan edilmiş əşyalar aşkar olunmasa da, hərəkətləri şübhə doğurduğu üçün bədən üzvlərinin yoxlanılması məqsədilə tibb işçisi dəvət olunacağı barədə xəbərdar edilib. Lakin həmin şəxs buna ehtiyac olmadığını bildirib və daxili orqanında gizlətdiyi sellofan bükümü çıxararaq gömrük nəzarətinə könüllü təqdim edib. Həmin bükümdə isə 8 ədəd həb aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, tədqiqata təqdim olunmuş 8 ədəd həb MDMA (ekstazi) adlı psixotrop maddədir.

MDMA (ekstazi) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir və 8 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti