...

Son iki gündə 3 qadın, bir uşaq dəm qazının qurbanı olub

Hadisə Materials 13 Fevral 2017 12:19 (UTC +04:00)

Bakı. Trend:

Son iki gündə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 11-də Şirvan şəhər sakini Xəyalə Qubadlı Səbail rayonu ərazisində kirayədə yaşadığı mənzildə, Nərimanov rayonu ərazisində yaşayan Ruhəngiz Şərifov mənzilində dəm qazından zəhərlənərək ölüblər.

Bundan başqa, fevralın 12-də Binəqədi qəsəbəsində yaşayan Gülnarə Kərimova və 9 yaşlı oğlu Murad evlərində dəm qazından zəhərlənərək ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti