Bakı. Trend:
Nardaran sakinindən tüfəng və süngü-bıçaq götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Nardaran qəsəbə sakini Ağarza Rzayevin həyətindəki su quyusuna iplə sallanmış lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd süngü-bıçaq götürülüb və o tutulub.
Bundan başqa, Şamaxı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarhan kənd sakinləri Orxan İsayevdən və Niyaməddin Lətifovdan müvafiq sənədləri olmayan "TOZ-34" və "İJ-18" markalı ov tüfəngləri götürülüb.
Həmçinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Kamal Qafarovdan pnevmatik tapança götürülüb.