...

Avtomobilin buferindən, oturacağından külli miqdarda siqaret çıxdı

Hadisə Materials 16 Fevral 2017 11:30 (UTC +04:00)
Avtomobilin buferindən, yük yerindən və oturacaqlarından külli miqdarda siqaret çıxdı.
Avtomobilin buferindən, oturacağından külli miqdarda siqaret çıxdı

Bakı. Trend:

Avtomobilin buferindən, yük yerindən və oturacaqlarından külli miqdarda siqaret çıxdı.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti