Bakı. Trend:
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvir görünüb.
Avtomobilə təkrar baxış zamanı, yük yerində "invoys"da göstərilməyən və gömrük orqanına bəyan olunmayan 50 ədəd "Silver" markalı toster, 3 ədəd "PO602" markalı pizza bişirən elektrik sobası, 15 ədəd "PİMAK" markalı 4 seksiyalı və 2 ədəd "PİMAK" markalı 3 seksiyalı dönər bişirən avadanlıqlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.