...

Dayısı oğlunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Hadisə Materials 24 Fevral 2017 11:43 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Sadiq Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dayısı oğlunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Sadiq Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Gülməmmədov barəsində 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, 2016-cı ildə Bakıda S.Gülməmmədov aralarında yaranan münaqişə zəmnində dayısı oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti