Bakı. Trend:
Səhər saatlarında Biləsuvarda yanğın faktı qeydə alınıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Dərvişli kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan birmərtəbəli 3 otaqlı evin tavanı 44 m2 və dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.