Bakı. Trend:
Siyəzəndə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 07:45:27-də Altıağacdan 24 km şimal-şərqdə Siyəzən rayonu ərazisində zəlzələ olub.
Maqnitudası 3,5, dərinliyi 46 km olan zəlzələ hiss olunmayıb.