...

Gədəbəydə 3 otaqlı ev yanıb

Hadisə Materials 9 Aprel 2017 01:40 (UTC +04:00)
Gədəbəydə yanğın qeydə alınıb
Gədəbəydə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Gədəbəydə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Gədəbəy rayonu, Maarif kəndində vətəndaşa məxsus ümumi sahəsi 165 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti