...

Bakıda və Göyçayda yanğın olub

Hadisə Materials 19 Aprel 2017 13:03 (UTC +04:00)
Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 47 m2 olan kafenin taxta konstruksiyalardan ibarət mətbəxi 12 m2 sahədə və içərisində olan əşyalar yanıb.
Bakıda və Göyçayda yanğın olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 47 m2 olan kafenin taxta konstruksiyalardan ibarət mətbəxi 12 m2 sahədə və içərisində olan əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən kafenin mətbəxindən 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Göyçay şəhərində qeydə alınıb. Şəhərdə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 10 m2 olan ayaqqabı təmiri otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti