Xırdalanda bankomat yanıb

Hadisə Xəbər 28 Aprel 2017 08:11 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhərində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində "Dəmir Bank" ASC-yə məxsus 1 ədəd bankomatın yanar hissələri yanıb.

Bitişik digər bankomat yanğından mühafizə olunub.

Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti