Bakı. Trend:
Yevlax rayonu, Nərimanabad kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.