Bakı. Trend:
Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə paytaxtın Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 18:36-da başa çatıb.