...

Bakıda yataqxana binasında yanğın: sakinlər təxliyə olunub

Hadisə Materials 11 İyul 2017 12:13 (UTC +04:00)

Bakı. Trend:

Paytaxtda yataqxana binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti