...

12 milyon mənimsəməkdə təqsirləndirilən iş adamının məhkəməsi davam etdirilib

Hadisə Materials 12 İyul 2017 15:22 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
12 milyon mənimsəməkdə təqsirləndirilən iş adamının məhkəməsi davam etdirilib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Novruz Rəsulov ifadə verib. O bildirib ki, parytaxtda bina tikintisi ilə məşğul olub. Bina tikintisi üçün C.Canıyevə 1 milyon 600 min dollar və 3 milyon 200 min manat verib. Lakin bina tikintisi planı baş tutmayıb və C.Canıyev həmin pulu geri qaytarmayıb.

Prosesdə C.Canıyevin vəkili vəsatət qaldırıb. Vəsatətdə məhkəmədən xahiş olunub ki, zərərçəkmiş Zabir Əliyevin 2014-cü ildə C.Canıyev tərəfindən dəymiş ziyanla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə təqdim etdiyi şikayətin rədd edilməsi barədə qərar məhkəməyə təqdim edilsin.

Vəsatət təmin edilib və iş üzrə növbəti məhkəmə prosesi iyulun 19-na təyin edilib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti