...

Meksikada 6 nəfər İSTİDƏN öldü

Hadisə Materials 21 İyul 2017 09:20 (UTC +04:00)
Meksikanın şimal-qərbində Sonora ştatında yüksək isti səbəbindən 6 nəfər dünyasını dəyişib.
Meksikada 6 nəfər İSTİDƏN öldü

Bakı. Trend:

Meksikanın şimal-qərbində Sonora ştatında yüksək isti səbəbindən 6 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu rəqəmi ştatın səhiyyə idarəsi təsdiq edib.

6 nəfərin günvurma və orqanizmin susuz qalması səbəbindən öldüyü bildirilir.

Hazırda 25 nəfər günvurma diaqnozu ilə xəstəxanalarda müalicə olunur.

Qeyd edilir ki, son günlər Sonorada havanın hərarəti kölgədə 40, bəzən isə hətta 50 dərəcəyə qədər yüksəlir. Bununla yanaşı, belə kəskin isti çox yüksək rütubətlə müşayiət olunur ki, bu, nəfəs almanı çətinləşdirir.

Meteoroloqlar belə isti havaların hələ davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti