...

DİN 8 yaşlı qızın güllələnməsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 29 İyul 2017 13:00 (UTC +04:00)
8 yaşlı Səbinə Qasımlı bədbəxt hadisə nəticəsində ölüb.
DİN 8 yaşlı qızın güllələnməsi ilə bağlı məlumat yayıb

Bakı. Trend:

8 yaşlı Səbinə Qasımlı bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı S.Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti